AZ

"Porto" Portuqaliya çempionudur

Porto Portuqaliya 1-ci Futbol Liqasının 32-ci turunda öz meydanında Alverca üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində 31-ci dəfə çempion olub.

Görüşün taleyini 40-cı dəqiqədə vurulan qol həll edib. Bu nəticə ilə Porto ən yaxın rəqibini geridə qoyaraq çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Komandanın əsas rəqibi, baş məşqçisi Jose Mourinho olan Benfica isə səfərdə Famalicao ilə 2:2 hesablı heç-heçə edib.

Hazırda Porto 85 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. İkinci yerdə olan Benfica-nın 76 xalı var. Bir oyunu az olan Sporting isə 73 xalla üçüncü pillədədir.

Seçilən
112
aznews.az

1Mənbələr