AZ

“Real”ın baş məşqçi postuna daha bir namizəd tapıldı - Kimdir o?

Son günlərdə “Real”da baş məşqçi məsələsi gündəmdədir və potensial namizədlərdən biri Unay Emeri sayılır.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Madrid klubu hazırkı baş məşqçi Alvaro Arbeloanın mümkün əvəzedicisini axtarır və “Aston Villa”nın nəticələrini yaxından izləyir.

Emerinin namizədliyi xüsusilə, onun UEFA Avropa Liqasında əldə edəcəyi nəticədən asılı ola bilər.

İspaniyalı mütəxəssis “Aston Villa”nı turnirin qalibi etsə, onun “Real” üçün əsas favoritlərdən biri olacağı bildirilir.

Birmingem təmsilçisi yarımfinalın ilk oyununda “Nottingem Forest”ə 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması mayın 7-də keçiriləcək.

Emeri Avropa Liqasını əvvəllər dörd dəfə qazanıb: üç dəfə “Sevilya” ilə, bir dəfə isə “Vilyarreal”la.

Seçilən
47
sportinfo.az

1Mənbələr