AZ

Müharibənin pərdəarxası: Pezeşkianın oğlu maraqlı detalları açıqladı

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian son müharibənin nəticələri ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Yusif Pezeşkian Çin, Rusiya və İsrailin İranla bağlı son müharibədən faydalandığını, ərəb ölkələrinin isə zərər gördüyünü bildirib.

Onun sözlərinə görə, ABŞ-nin beynəlxalq imici də bu prosesdə ciddi şəkildə zədələnib.

Pezeşkian qeyd edib ki, İran infrastruktur baxımından zərər görsə və ən yaxşı qüvvələrini itirsə də, nüfuz və qlobal mövqe baxımından müəyyən üstünlüklər əldə edib.

“Ən pis ssenariyə hazırlaşmalıyıq. Əlverişsiz şəraitlə qarşılaşsaq nə edəcəyimizi planlaşdırmalıyıq. İndi artıq pis hadisələr baş versə də təəccüblənmərik, bu, üstünlükdür”, – deyə o vurğulayıb.

Yusif Pezeşkian əlavə edib ki, İrana dəstək verən ölkələrin hər biri öz maraqlarını güdür:

“Onlar üçün İran yox, öz maraqları daha vacibdir. Biz də öz maraqlarımızı düşünməliyik. Bu ölkədə onlar yox, biz yaşayacağıq”.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr