İngiltərə çempionatının 2025/2026 mövsümü üzrə ikinci liqasında müntəzəm mərhələ başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, nəticələrə əsasən “Koventri Siti” və “İpsviç Taun” birbaşa ölkənin ən yüksək liqasına vəsiqə qazanıblar. Elitaya yüksəliş uğrunda pley-off mərhələsində isə “Milluol”, “Sauthempton”, “Midlsbro” və “Hall Siti” mübarizə aparacaqlar.
Yarımfinal mərhələsinin cütlükləri belədir:
“Hall Siti” — “Milluol”;
“Midlsbro” — “Sauthempton”.
İlk oyunlar mayın 8-i və 9-da, cavab qarşılaşmaları isə mayın 11-i və 12-də keçiriləcək. Pley-offun final görüşü mayın 23-nə təyin olunub.
Daha əvvəl ölkənin ən yüksək liqasını “Vulverhempton” və “Bernli” tərk edərək növbəti mövsüm ikinci liqada çıxış edəcəklər. İkinci liqanı isə “Oksford Yunayted”, “Şeffild Uenzdey” və “Lester Siti” tərk ediblər.