Ajans.azxəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Vaşinqton Havananı dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi daxil olmaqla, bəzi iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə çalışır.
Bundan əlavə, Vaşinqtonun digər tələbi Kubanın ABŞ enerji təchizatını almasıdır.