AZ

60 il əvvəl Türkiyəyə sürgün edilmiş Xomeyni necə qarşılanıb?

Azpost saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İran İnqilabının lideri Ayətullah Xomeyninin Türkiyədəki sürgün dövrünü ətraflı şəkildə əks etdirən 11 noyabr 1964-cü il tarixli “gizli” sənəd dərc edib.

Azpost.info haqqın.az saytına istinadən bildirir ki, MİT-in saytında yerləşdirilən sənəddə o vaxtkı Türkiyə kəşfiyyatının rəhbəri Ziya Selişik tərəfindən imzalanmış bir əmr var. MİT rəhbəri tərəfindən Bursa Şəhər Meriyasına göndərilən əmrdə Xomeyninin Türkiyə kəşfiyyatının nəzarəti altında Bursada yaşayacağı bildirilir.

“İranlı qonaq Türkiyəyə gəlib və onun Bursadakı yaşayış yeri təşkil edilib. Bursa Sığınacaq Müdirliyi qonaqla bağlı yaşayış yerini və digər məsələləri şəxsən təşkil edəcək. Lazımi təlimatlar Bursa Sığınacaq Müdirliyinə yazılı və şifahi şəkildə göndərilib. O dövrdə MİT-in rəhbəri Ziya Selişikin məktubunda qeyd olunur ki, “Qonaqla bağlı bütün şifrələnmiş yazışmalarda “belli” (məlum) təxəllüsü istifadə olunacaq”.

Qeyd etmək lazımdır ki, 1962-ci ildən 1963-cü ilə qədər Şah rejimi dövründə İranda saxlanıldıqdan sonra Ayətullah Xomeyni 4 noyabr 1964-cü ildə oğlu Mustafa ilə birlikdə Türkiyəyə sürgün edilib. Xomeyni əvvəlcə Ankaraya gətirilib və orada bir müddət qalıb, sonra isə yeddi ay MİT-in nəzarəti altında Bursada yaşayıb. Bursada onun fars dilində danışan MİT əməkdaşı polkovnik Əli Çetinerin evində yaşadığı bildirilir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
azpost.info

2Mənbələr