AZ

“Ölümün verdiyi həyat” adlı ailə dramı tamaşaçılara təqdim olunacaq

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan kino sənətində yeni layihə – “Ölümün verdiyi həyat” adlı ailə dramı tamaşaçılara təqdim olunacaq.

SİA xəbər verir ki, filmin müəllifi Vüsal Cəbrayıloğlu, rejissoru Ramil Adiloğlu, operatoru isə Ağa Azəroğludur.

Layihə çərçivəsində 7 may tarixində imza günü təşkil ediləcək. Tədbir gün ərzində 12:00, 14:00, 17:00 və 19:00 saatlarında baş tutacaq.

8 may tarixində isə eyni saatlarda “Ölümün bəxş etdiyi həyat” kitabının təqdimatı keçiriləcək. Təqdimat zamanı oxucular müəlliflə görüşərək əsər haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.

Filmin qala gecəsi 9 may tarixində saat 19:00-da keçiriləcək. Tədbirdə yaradıcı heyətin üzvləri və kinosevərlər iştirak edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
50
sia.az

10Mənbələr