AZ

“Sabah” Masazırda mükafatlandırılacaq, yoxsa Tovuzda? rəsmi açıqlama

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Sabah” premyer-liqada mövsümün sonuna 4 tur qalmış çempion oldu. “Bayquşlar” artıq qızıl medalları boynundan asmağa hazırlaşır.Bəs, komandanın mükafatlandırma mərasimi nə vaxt keçiriləcək? İndiyə qədər çempionlar, adətən, ya mövsümün son matçında, ya da son ev oyununda mükafatlarına qovuşub. Mərasim bu dəfə hansı qarşılaşmaya təsadüf edəcək?Bu sualla PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:

“Çempion komandanın nə vaxt mükafatlandırılacağı bilinmir. PFL hələ bu barədə qərar verməyib. Vəziyyət duruma uyğun dəyərləndiriləcək”.

Maraq üçün qeyd edək ki, “Sabah”ın son ev matçı 32-ci turda “Neftçi”yə, son oyunu isə səfərdə “Turan Tovuz”a qarşı olacaq.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
icma.az

3Mənbələr