AZ

Tehran gedişini etdi: Top Vaşinqtondadır KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

İran müharibəni dayandırmaq üçün hazırladığı rəsmi planı vasitəçi tərəf olan Pakistana təqdim edib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehrandakı xarici ölkə səfirləri ilə görüşündə bildirib ki, artıq növbəti addım Vaşinqton tərəfindən atılmalıdır.

KONKRET.az xəbər verir ki, Qəribabadi müharibəyə son qoymaq məqsədilə irəli sürülən bu təklifdən sonra seçimin Amerikanın öhdəsində olduğunu vurğulayıb: “Top artıq Amerikanın meydançasındadır: ya diplomatiya yolunu seçməli, ya da qarşıdurma kursunu davam etdirməlidirlər”.

Diplomatın sözlərinə görə, Tehran hər iki ssenariyə, o cümlədən mümkün hücumların dəf edilməsinə tam hazırdır. Bununla belə, İran milli maraqlar çərçivəsində danışıqlara sadiq qaldığını, lakin Vaşinqtonun səmimiyyətinə hələ də şübhə ilə yanaşdıqlarını qeyd edib. Maraqlıdır ki, Qəribabadi səfirlərlə görüşdən əvvəl Rusiya və Çin səfirləri ilə üçtərəfli məsləhətləşmələr aparıb ki, bu da Tehranın strateji tərəfdaşları ilə koordinasiyalı hərəkət etdiyini göstərir.

Natiq Səlim,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
konkret.az

2Mənbələr