AFFA Həvəskarlar Liqasında yeni mövsüm davam edir. "Rekord.az" xəbər verir ki, Abşeron Olimpiya Kompleksinin meydançasında keçirilən Bakı zonasının "Məhəllə Uşaqları" (Sumqayıt) - UFAqarşılaşmasında meydan sahibləri 5:2 hesabı ilə qalib gəlib. Orxan Abdullayevin başçılıq etdiyi Sumqayıt təmsilçisinin qollarını Kamran İsmayılov (2), Məhəmməd Xəlilov (2) və Rafael Camallı vurublar.


Bu qələbə "Məhəllə Uşaqları" üçün ardıcıl 2-ci olub. Onlar ötən tur "Hadrut"a qalib gəlmişdilər (3:0). Zonada bu qrupdakı digər komandalar "Qobu" və "Bayıl Rovers"dir.


"Məhəllə Uşaqları" komandasını əsas dəstəkçisi Sumqayıt şəhərindəki "Texnotech" mağazasıdır. Rəsmi media dəstəyi "Rekord.az" saytı tərəfindən həyata keçirilir.