AZ

Türkiyənin vitse prezidenti İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin Sammitində Ankaranı təmsil edəcək

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 2 may, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında Ankaranı təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Yılmazın Ermənistana səfərinə dair məlumatı “Anadolu” Agentliyi yaymışdı.

Türkiyənin vitse-prezidentinin İrəvana səfəri Ermənistana ilk belə səviyyəli səfər olacaq.

C.Yılmaz bir qədər öncə jurnalistlərlə söhbətində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrini alqışlayaraq bildirib ki, “Bakı ilə İrəvan arasındakı dialoq Cənubi Qafqazda davamlı sülh və sabitliyə yeni yollar açır və regionun iqtisadi çiçəklənməsinə töhfə verir”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
2
azertag.az

3Mənbələr