AZ

“Qarabağ"ın vəziyyəti bizi maraqlandırmır, onlara uduzmaq istəmirik”

Premyer Liqanın 30-cu turunda Zirədə maraqlı qarşılaşma baş tutacaq.

“Zirə”ylə “Qəbələ” fərqli iddialar uğrunda mübarizə aparsalar da, finişə 4 tur qalmış hər ikisinin qələbəyə ehtiyacı var.

“Qartallar” avrokuboklara mümkün vəsiqə verən yerə - 4-cü pilləyə qayıtmaq istəyirsə, qəbələlilər sonuncu pillədəki “Karvan-Yevlax”dan uzaqlaşıb 10-cu pilləni “Kəpəz”dən almaq istəyir.

Önəmli oyundan əvvəl Sportinfo.az-a açıqlama verən “Qəbələ”nin seneqallı müdafiəçisi Seydina Keyta komandasının iddiasından söz açıb:

“Bu dəqiqə hər xal bizim üçün olduqca vacibdir. “Zirə”ylə oynayandan sonra“Qarabağ"ı edəcəyik. Məqsədimiz məğlub olmamaqdır.

Rəqiblərimizin iddiası göz qabağındadır. Lakin çempionatdakı oyunlar göstərir ki, istənilən rəqibdən xal almaq mümkündür.

Önəmli olan öz gücümüzə güvənmək, diqqəti oyunumuza yönəltməkdir. Onların nə etməsi bizi maraqlandırmamalıdır.

İnanıram ki, xarakter nümayiş etdirməklə həm “Zirə”dən, həm də “Qarabağ”dan xal ala bilərik”.

Mayın 3-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da çalınacaq.

HƏBİB

Seçilən
28
sportinfo.az

1Mənbələr