AZ

KVN ulduzu faciəvi şəkildə həlak oldu

Rusiyanın Krasnodar diyarının Adler şəhərində "Günəşdən yorulanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK - KVN) aktrisası Yelena Rıbalkonu maşın vurub və o, hadisə yerində həyatını itirib.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

"53 yaşlı Yelena küçəni qadağan olunmuş yerdən keçərkən "Toyota" markalı avtomobilin sürücüsü vaxtında əyləcə basa bilməyib və onu vurub", - deyə kanal yazıb.

Kanalın məlumatına görə, aktrisanın həyat yoldaşı onun ölümünü təsdiqləyib.

Yelena Rıbalko Soçinin "Günəşdən yorulanlar" komandasının "qızıl heyəti"nin ən görkəmli üzvlərindən biri olub. O, qısa boyu, sarı saçı və kəskin yumor hissi ilə izləyicilərin rəğbətini qazanıb. (Oxu.Az)

Seçilən
0
11
musavat.com

10Mənbələr