AZ

Öncə övladını dünyaya gətirdi: Sonra bir böyrəyini həyat yoldaşına bağışladı

Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbulda yaşayan 38 yaşlı Mehmet Şah Çelik həyat yoldaşı Zozan Çelikin bağışladığı böyrək sayəsində həyata tutundu. Hadisə həm tibb, həm də insanlıq baxımından böyük maraq doğurub.

Sherg.az xəbər verir ki, məlumata görə, Mehmet Şah Çelik xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi və son mərhələyə yaxınlaşmışdı. Həkimlər ona ən uyğun çıxış yolunun böyrək köçürülməsi olduğunu bildirmişdi. Donor kimi isə hamilə olan həyat yoldaşı seçilib.

Həkimlər riskləri nəzərə alaraq transplantasiyanı qadın doğum etdikdən sonra həyata keçirib. Zozan Çelik körpəsini dünyaya gətirdikdən və müəyyən müddət keçdikdən sonra bir böyrəyini həyat yoldaşına bağışlayıb. Əməliyyat uğurla keçib.

Zozan Çelik emosional açıqlamasında “həyat yoldaşımı çox sevirəm, ehtiyac olsa ürəyimi belə verərdim. Bir böyrəklə də yaşamaq mümkündür” deyib.

Həkimlər bildirirlər ki, transplantasiya sonrasında xəstənin vəziyyəti stabil davam edir və ailə normal həyata qayıdıb.

Eyni zamanda mütəxəssislər böyrək xəstəliklərinin çox vaxt gizli irəlilədiyini, su içmə rejimi, duz istifadəsi və dərmanlara diqqətin həyati əhəmiyyət daşıdığını vurğulayıblar.

Hadisə həm həkimlər, həm də ictimaiyyət tərəfindən “sevgi və fədakarlığın ən güclü nümunələrindən biri” kimi dəyərləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
sherg.az

1Mənbələr