AZ

ABŞ Kuba hökumətinə qarşı sanksiyaları genişləndirdi

ABŞ prezidenti Donald Tramp Kuba hökumətinə qarşı sanksiyaların genişləndirilməsi barədə fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Trampın imzaladığı sərəncam Kuba hökumətinə qarşı sanksiyaları genişləndirir və "Kuba hökumətinin nümayəndələrini, vəzifəli şəxslərini və ya maliyyə dəstəkçilərini" və "hökumət korrupsiyasında və ya ciddi insan haqları pozuntularında iştirak edən şəxsləri" hədəf alır.

Kubanın qlobal bank sisteminə çıxışını məhdudlaşdırmağı hədəfləyən fərmana əsasən, "ikinci dərəcəli sanksiyalar" Kuba ilə əlaqələri üçün artıq sanksiya tətbiq edilmiş şəxslər, qurumlar və maliyyə qurumları ilə əməliyyatlar aparan şəxslərə və qurumlara da tətbiq ediləcək.

Ağ Ev icra sərəncamını müdafiə edərək, onun "Kubanın zərərli təsirinə qarşı çıxdığını" iddia etdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
36
turkustan.az

1Mənbələr