AZ

Yanacağın qiyməti KƏSKİN ARTDI: 34 illik aviasiya nəhəngi İFLAS ETDİ

ABŞ-nin ucuz qiymətli uçuşlar həyata keçirən tanınmış aviaşirkəti "Spirit Airlines" yanacaq böhranı və artan xərclər səbəbindən fəaliyyətini dayandırıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, İranla yaşanan müharibə fonunda aviayanacaq qiymətlərinin kəskin artması nəticəsində iflas həddinə çatmış şirkət, hökumətlə aparılan danışıqların nəticəsiz qalmasından sonra 34 illik fəaliyyətinə son qoyub.

Təxminən 17 min işçisi olan şirkət müharibədən əvvəl son iki ildə iki dəfə iflasdan qorunmaq üçün müraciət etsə də, artan xərclərin öhdəsindən gələ bilməyib.

"Spirit Airlines" son ümid olaraq Tramp administrasiyasından gözlədiyi 500 milyon dollarlıq xilasetmə paketini ala bilməyib.

Şirkətin rəsmi açıqlamasında bütün uçuşların ləğv edildiyi bildirilir:

"Təəssüf ki, bütün səylərimizə baxmayaraq, yanacaq qiymətlərindəki son artımlar və digər iqtisadi təzyiqlər şirkətin maliyyə vəziyyətinə ağır zərbə vurdu".

Hörmüz boğazının ABŞ və İsrailin İrana hücumlarından sonra bağlanması dünya neft bazarlarında qiymətləri sıçrayışla artırıb. Bu vəziyyət qlobal aviasiya sektorunda yanacaq xərclərinin iki dəfədən çox artmasına səbəb olub. Şirkətin yenidənqurma planında yanacaq qiymətlərinin 2.14-2.24 dollar civarında olacağı proqnozlaşdırılsa da, aprelin sonunda qiymətlərin 4.51 dollara yüksəlməsi "Spirit Airlines" üçün fəaliyyəti qeyri-mümkün edib.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr