AZ

Fənərbaxça da Ederson qərarı gözlənilir Göndərilə bilər

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

"Fənərbaxça" klubunda qapıçı Ederson ilə bağlı qərar gündəmdədir.

Sherg.az xəbər verir ki, məlumata görə, "Qalatasaray" derbisində gördüyü qırmızı kart və aldığı cəza səbəbindən mövsümü erkən başa vuran futbolçunun komandadakı gələcəyi müzakirə olunur. Klub rəhbərliyi onun yüksək maaşı və 2028-ci ilə qədər davam edən müqaviləsinə görə çətinlik yaşayır.

Yekun qərarın 6-7 iyun tarixlərində keçiriləcək seçkidən sonra formalaşacaq yeni rəhbərlik tərəfindən veriləcəyi bildirilir.

Ederson bu mövsüm "Fənərbaxça" forması ilə 36 oyuna çıxıb, 35 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb.

Futbolçuya Səudiyyə Ərəbistanından da maraq olduğu qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
sherg.az

1Mənbələr