ain.az bildirir, Bizim media saytına əsaslanaraq.
Siqaret qutularının üzərində sağlamlığa ciddi zərər verdiyini göstərən yazılar və xəbərdarlıqlar artıq uzun illərdir ki, var. Bu yanaşma tütün məmulatlarının ziyan və risklərini öncədən göstərmək, istifadəçiləri məlumatlandırmaq məqsədi daşıyır. Lakin eyni xəbərdarlıqlar alkoqollu içkilərin üzərində yer almır.Alkoqol da ən az tütün məmulatları qədər insan sağlamlığına zərərli deyilmi? Üstəlik sosial davranışlara və təhlükəsizlik məsələlərinə də təsiri az deyil. Bu mövzu tez-tez insanlar arasında müzakirə obyektinə çevrilir və müxtəlif yanaşmalar meydana çıxır.Söhbət zərərli məhsullar barədə alıcıları öncədən məlumatlandırmaqdan gedirsə, bunun insanlar üzərində təsirini də xüsusi vurğulamalıyıq. Sosioloq Naib Niftəliyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, siqaret kimi alkoqol da müəyyən zərərli vərdişlərə meyl və asılılıq yaradır:“Hətta, böyük asılılıq, insanın içkili vəziyyətdə həm fiziki, psixoloji həm də əqli cəhətdən özünü çətin idarə etməsi yaxud idarə edə bilməməsi, uzunmüddətli istifadədə isə onun sağlamlığına iş qabiliyyətinə, intellektinə, gündəlik həyatına, sosial ünsiyyətinə mənfi təsir göstərməsi baxımından alkoqollu içkilər daha zərərlidir.Bütün bunlarla bağlı, Səhiyyə Nazirliyi və digər müvafiq qurumların xəbərdarlıq etiketinin olması məqsədəuyğundur. Düşünürəm ki, bu məsələnin həm ictimai səviyyədə müzakirəsi, həm də milli məclisdə qanunvericilik səviyyəsində müzakirə olunması, alkoqollu içkilərlə bağlı xüsusi qanunun layihəsinin qəbulu və tətbiqi, həmçinin orada bu xəbərdarlıq faktının öz əksini tapması mütləqdir.Bu imperativ bir qanun şəklində təqdim olunmalıdır. Eləcə də digər istehsal və istehlakçı qurumlar qeydiyyat aparmalıdırlar və xaricdən gələn malların da üzərinə xüsusi etiket əlavə olunmalı, ondan sonra satışa buraxılmalıdır”.Sosioloqun sözlərinə görə, alkoqoldan istifadə edənlərin sayı da çoxdur:“Xüsusən şadlıq evlərində alkoqoldan istifadə kifayət qədər olur. Buna görə, müəyyən məhdudiyyətlərin tətbiqi, alkoqullu içkilərin zərəri ilə bağlı reklam çarxları da olmalıdır”.Sözügedən etiketlərin olmasının cəmiyyətin alkoqol istehlakına təsiri barədə isə Naib Niftəliyev vurğulayıb ki, bunu tətbiqdən sonra müəyyən araşdırmalar və statistika sayəsində öyrənmək olar:“Buna cəhd etmək məqsədəuyğundur. Ola bilər ki, alkoqol istehsal edən fabriklər bu barədə mənfi münasibətdə olsunlar. Aydındır ki, bu onların bazarına müəyyən mənada təsir edir. İstənilən bazardansa insanların sağlamlığı və səhhəti əsas götürülməlidir”- deyə sosioloq əlavə edib.Xədicə Paşayeva, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.