AZ

İran müharibəsinin ilk qurbanı! Aviaşirkət iflas etdi

ABŞ-ın “Spirit Airlines” aviaşirkəti artan yanacaq xərcləri səbəbindən fəaliyyətini dayandıraraq ləğv mərhələsinə keçib.

Turkustan.az xəbər verir ki, şirkətin iflası enerji bazarındakı kəskin bahalaşmanın aviasiya sektoruna təsirinin ilk ciddi nümunələrindən biri hesab olunur.

Qlobal enerji bazarlarında baş verən dalğalanmalardan sonra reaktiv yanacağın qiyməti sürətlə yüksəlib. Bu vəziyyət şirkətin maliyyə sabitliyini sarsıdaraq fəaliyyətini davam etdirməsini mümkünsüz edib.

ABŞ rəhbərliyinin hazırladığı maliyyə yardım paketi nə kreditorlar, nə də siyasi dairələr tərəfindən qəbul olunub. Bunun nəticəsində şirkətin mərhələli şəkildə bağlanması qərara alınıb.
Aviaşirkətin bazardan çıxması minlərlə əməkdaşın işini itirməsi ilə nəticələnəcək. Şirkət ölkədaxili uçuşlarda geniş paya malik idi və sərfəli qiymət siyasəti ilə seçilirdi.

Hörmüz boğazında yaranan gərginlik və enerji daşıyıcılarının qiymətindəki artım aviasiya sənayesinə əlavə yük gətirib. Bu amillər digər hava yolları şirkətləri üçün də riskləri artırır.

.Aytən Yaşar/ Turkustan.az

Seçilən
59
1
turkustan.az

2Mənbələr