AZ

Zelenski Lukaşenkonu hədələdi “Lazım gələrsə, cavab verəcəyik!”

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belarusun Ukrayna ilə sərhəddə “müəyyən fəaliyyəti” müşahidə olunur.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün sosial şəbəkədəki videomüraciətində bəyan edib. O, Ukraynanın bu prosesi yaxından izlədiyini vurğulayıb.

"Biz hər şeyi yaxından izləyirik, hər şeyi izləyirik və lazım gələrsə, cavab verəcəyik. Ukrayna öz xalqını və suverenliyini müdafiə etməyə hazırdır və Ukraynaya qarşı hər hansı bir təcavüzkar fəaliyyətə cəlb olunan hər kəs bunu başa düşməlidir", - deyə Prezident bildirib.

Zelenski Belarusun “müəyyən fəaliyyətinin” təfərrüatları barədə ətraflı məlumat verməyib.

Bundan öncə, 23 apreldə Zelenski Rusiyanın Belarusu Ukrayna ilə bağlı "xəstə və fantastik ideyalarına" cəlb edə bilməyəcəyinə ümid etdiyini demişdi: "Belarusdan hücum təhlükəsinə gəldikdə, baxın, rusların bir çox fərqli xəstə və fantastik ideyaları var. Buna görə də, mən həqiqətən istəmirəm ki, Belarus bu fantastik ideyalara cəlb olunsun və onları dəhşətli reallığa çevirsin".

17 apreldə isə Zelenski kəşfiyyat məlumatlarına istinadla demişdi ki, Belarusun sərhəd bölgəsində Ukrayna ərazisinə gedən yollar salınır və artilleriya mövqeləri yaradılır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
azpolitika.info

1Mənbələr