AZ

"Formula-1"in sabiq pilotu vəfat etdi

"Formula-1"in sabiq pilotu, Paralimpiya Oyunlarının dördqat qalibi olan italiyalı Aleks Dzanardi 59 yaşında dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" nəşri yayıb.

Dzanardinin ölüm səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Dzanardi 1991-1994-cü və 1999-cu illərdə "Formula-1" maşınlar sinfində avtoyarışlar üzrə dünya çempionatında çıxış edib. O, "Uilyams", "Lotus" və "Cordan" komandalarının pilotu olub. İtaliyalı sürücü 2001-ci ildə CART seriyası yarışlarında qəzaya düşüb və nəticədə hər iki ayağı dizdən aşağı amputasiya edilib. Daha sonra Dzanardi veloidman üzrə yarışlara qatılıb və2012, eləcə də 2016-cı illərdəki ParalimpiyaOyunlarında iki qızıl medal qazanıb. O, həmçinin həmin yarışların hər birində bir gümüş medala da sahib olub.

 

Seçilən
32
2
redaktor.az

3Mənbələr