AZ

“Allaha yalvardıq ki, sağ çıxa bilək” - Əkizlərdən açıqlama

Müğənnilər Sevil və Sevinc bacıları atışmanın içindən sağ çıxdıqları barədə sosial media hesablarında paylaşım etsələr də, hadisənin harada və necə baş verməsini qeyd etməyiblər.

Ölkə.Az xəbər verir ki, sənətçilər bu barədə OLAY-a açıqlama verib. Onlar bildirib ki, Rusiyanın Anapa şəhərində toya yollanıblar:

“Anapada toyda idik, SMS-lər gəlirdi ki, dron hücumu var. Düşündük ki, hər zaman olduğu kimi havada zərərsizləşdiriləcək. Hava limanına yolumuz 7 saat idi. Yolun tam yarısından dronlar ətrafımıza düşürdü. Hər yer alov içində, atışmaların ortasında qalmışdıq. Nə geri dönə bilirik, nə dayana bilirik, dəhşətli idi. Allaha yalvardıq ki, sağ çıxa bilək”.

Qeyd edək ki, ifaçılar instaqramda “Çox şükür... Bu gün sağ-salamat evimizə dönə bildik. O atışmaların səsi hələ də qulaqlarımdadır. Alovların içindən keçdiyimiz o anlar gözümün önündən getmir. Hər saniyə sanki son anımız kimi idi. Oradan sağ çıxmaq artıq şans deyil, bu, Allahın bizə verdiyi ikinci həyatdır.

Kimsə deməsin ki, müğənnilərin işi asandır. Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir” sözlərini yazmışdı.

Seçilən
12
1
olke.az

2Mənbələr