AZ

Çexiyanın Baş naziri Andrey Babiş Volodimir Zelenski ilə danışıqlar aparacaq

Çexiyanın Baş naziri Andrey Babiş bazar günü Ermənistanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, o bu barədə "iDnes.cz" saytına verdiyi müsahibədə bildirib.

Danışıqların mövzusu dəqiqləşdirilməyib. Yalnız qeyd edilib ki, Babiş hazırkı Çexiya hökumətinin başçısı vəzifəsinə başladıqdan sonra ilk dəfə Zelenski ilə şəxsən görüşəcək:

"Orada həmçinin Britaniya Baş naziri Starmer, Serbiyanın Baş naziri və Moldova Prezidenti ilə qısa ikitərəfli görüşlər keçirəcəyəm. İlk dəfə olaraq Ukrayna Prezidenti Zelenski ilə də danışıqlar aparacağam”.

Babiş Zelenski ilə görüşə toxunaraq "görüşməyimiz vacibdir" -, deyə bildirib.

O, həmçinin qeyd edib ki, Kiyevə səfər etmək niyyətində deyil, lakin gələcəkdə Polşada Ukrayna prezidenti ilə görüşə bilər.

"European Pravda" xəbər verir,Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin (EPC) sammitində mövzu Kiyevə yardım növbəti yardımların ayrılması ola bilər.

Seçilən
41
teleqraf.com

1Mənbələr