AZ

“Barsa” “İnter”in ulduzundan əlini üzdü

“İnter”in müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı danışıqlarda çətinliklər yarandıqdan sonra “Barselona” müdafiəsini gücləndirmək üçün alternativ variantlar axtarmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “SportItalia” məlumat yayıb.

Bastoni “Barselona”nın əsas seçimidir. Lakin “İnter” oyunçusu üçün 70 milyon avro tələb edir və güzəştə getmək istəmir. “Barselona” bu məbləği təklif edə bilmir.

Məhz buna görə də İspaniya çempionları müdafiəni gücləndirmək üçün alternativ variantlar axtarmağa başlayıblar. Onlardan biri də “Tottenhem”in oyunçusu Kristian Romerodur. London klubu mövsümün sonunda Premyer Liqada yerini qoruya bilməsə, argentinalı oyunçunun transfer ehtimalı kəskin şəkildə artacaq.

Seçilən
24
publika.az

1Mənbələr