AZ

Türk sahibkarlar Azərbaycandakı investisiya imkanları barədə məlumatlandırılıblar

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ankara, 2 may, AZƏRTAC

Türkiyədəki Azərbaycan Ticarət nümayəndəliyi İğdır, Qars, Ərdahan, Rizə və Trabzon əyalətlərindən olan işgüzar dairələrin nümayəndələri ilə görüşlər təşkil edib.

AZƏRTAC xəbər verir ki, qardaş ölkədən olan sahibkarlara respublikamızdakı investisiya imkanları barədə məlumat verilib.

İnvestorlarla görüşlər ölkəmizin Qarsdakı Baş konsulluğunun dəstəyi ilə Azərbaycan Ticarət nümayəndəliyi tərəfindən təşkil edilib.

Bundan əlavə, əyalət valiləri, bələdiyyə rəhbərləri, ticarət və sənaye palatalarının rəhbərləri və ticarət birjalarının sədrləri ilə görüşlər keçirilib.

Həm ölkələr, həm də regionlar səviyyəsində iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə edilib. Qarşılıqlı investisiya imkanları və işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Əyalət ticarət və sənaye palatalarında Azərbaycandakı investisiya imkanları ilə bağlı təqdimatlar da olub. Ölkəmizdə investorlar üçün mövcud olan təşviq mexanizmləri və güzəştlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, Naxçıvanda biznes fəallığı üçün yaradılmış əlverişli mühit barədə məlumat verilib, iş adamlarının sualları cavablandırılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
3
azertag.az

4Mənbələr