AZ

Polşa ərazisində saxlanılan Qazaxıstan vətəndaşı azadlığa buraxılıb

BAKI, 2 may. TELEQRAF

Qazaxıstan hakimiyyəti Polşa ərazisində saxlanılan vətəndaşının azadlığa buraxıldığını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin müşaviri – mətbuat katibi Aibek Smadiyarov öz “Telegram” kanalında məlumat verib.

“Bildiyiniz kimi, cari ilin 28 aprel tarixində əvvəllər Polşa Respublikasının ərazisində saxlanılmış Qazaxıstan Respublikasının vətəndaşı azad edilib. Azad olunma dövlət başçısı Kasım-Jomart Tokayevin şəxsi səyləri sayəsində mümkün olub”, – deyə Smadiyarov bildirib.

Azad edilən şəxsin kimliyi açıqlanmayıb.

Qeyd olunub ki, Prezident Tokayev bu məsələdə göstərilən dəstəyə görə Belarus və Rusiya liderləri Aleksandr Lukaşenko və Vladimir Putinə təşəkkürünü bildirib.

Seçilən
15
teleqraf.com

1Mənbələr