AZ

"Yuventus" Levandovskini transfer etmək üçün danışıqlara başlayıb

İtaliyanın "Yuventus" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Robert Levandovskini heyətinə qatmaq üçün danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

Futbolçunun agenti Pini Zahavi Turin klubunun nümayəndələri ilə görüşüb. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

"Qoca sinyora" UEFA Çempionlar Liqasına vəsiqə qazansa, 37 yaşlı hücumçu bu komandaya keçməyə hazırdır. Əgər o, Kataloniya təmsilçisindən ayrılsa, ilk seçimi məhz "Yuventus" olacaq.

Xatırladaq ki, Levandovsinin "Barselona" ilə müqavilənin müddəti yayda bitir. Son İspaniya çempionu təcrübəli forvarda maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə yeni sözləşmə təklif edib, lakin oyunçu bundan məmnun qalmayıb.

Seçilən
20
far.az

1Mənbələr