AZ

Dubayda yaşayış icazəsi almaq asanlaşdı

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda yaşayış icazəsi almaq üçün daşınmaz əmlaka minimum investisiya həddi ləğv edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “DLD Cube” platformasının məlumatında bildirilib.

Yeni qaydalara əsasən, tək mülkiyyətçilərin Dubayda 2 illik yaşayış icazəsi alması üçün əldə etdiyi mənzilin dəyəri ilə bağlı minumum tələb ləğv edilib. 

Bununla belə, əmlaka başqa biri ilə birgə sahib olmaq istəyən şəxslər üçün isə 400 min BƏƏ dirhəmi (təxminən 185 min AZN) həddi saxlanılıb.

Qeyd edək ki, əvvəlki qaydalara əsasən, tək mülkiyyətçilərin yaşayış icazəsi almaq üçün əldə etdiyi mənzilin dəyərinin minimum həddi 750 min BƏƏ dirhəmi (347 min AZN) təşkil edirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
3
qafqazinfo.az

4Mənbələr