AZ

“Biz də dəniz quldurlarıyıq, oyun oynamırıq”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ hərbçiləri İran nefti daşıyan tankerləri ələ keçirərkən dəniz quldurları kimi davranırlar”. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu etirafı ABŞ Prezidenti Donald Tramp Uest-Palm-Biçdə (Florida ştatı) yerli “Forum” klubunun üzvləri qarşısında çıxışı zamanı edib.

ABŞ Silahlı Qüvvələrinin ümumilikdə 3,8 milyon barrel neft daşıyan iki İran tankeri - “Majestic” və “Tifani”ni ələ keçirməsi haqqında danışan dövlət başçısı “gəmilərin ələ keçirildiyini və yükün götürüldüyünü” deyib.

“Biz nefti götürdük, bu, çox gəlirli biznesdir. Kim düşünə bilərdi - biz dəniz quldurları kimi davrandıq...Biz də bir növ dəniz quldurlarıyıq, oyun oynamırıq”, - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
qafqazinfo.az

3Mənbələr