AZ

Berlin Vaşinqtonu əvəzsiz hesab edir

Almaniyanın xarici işlər naziri Yohan Vadeful qarşıdakı illərdə ABŞ-nin nüvə çətirinin əvəzedicisini tapmaq mümkün olmayacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə nazir "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinə müsahibəsində deyib.

"Yaxın gələcəkdə Amerikanın nüvə çətirini əvəz etmək mümkün deyil və mənim fikrimcə, arzuolunmazdır", - deyə o əlavə edib.

Mart ayında Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron iki ölkə arasında nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlığı dərinləşdirməyi öhdələrinə götürən birgə bəyannamə imzalayıblar.

Sənəddə qeyd olunub ki, tərəflər bu il ilk konkret addımları atmaq barədə razılığa gəliblər. Bu addımlara Almaniyanın ənənəvi qüvvələrinin Fransanın nüvə təlimlərində iştirakı və strateji obyektlərə birgə səfərlər, eləcə də Avropa tərəfdaşları ilə birgə ənənəvi silahların hazırlanması daxildir.

Seçilən
20
2
far.az

3Mənbələr