Bakı, 2 may, AZƏRTAC
Mali, Niger və Burkina-Fasonun silahlı qüvvələri Malinin şimalında yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, üç ölkənin orduları Malidə yaraqlıların mövqelərinə kütləvi hava zərbələri endirib.
Əməliyyatın detalları və itkilərlə bağlı əlavə məlumat verilməyib.