Məşhur ürək cərrahı Jeremy London ömrü qısalda bilən dörd əsas qidanı açıqlayıb.
Day.Az xəbər verir ki, Onun fikrincə, spirtli içkilər, emal olunmuş ət məhsulları, şəkərli və qazlı içkilər, həmçinin həddindən artıq doymuş yağlar sağlamlığa ciddi zərər vurur və ürək-damar xəstəlikləri riskini artırır.
Həkim xüsusilə qazlı və şəkərli içkiləri "boş kalori" adlandıraraq onların toxluq hissi yaratmadığını və artıq çəkiyə səbəb olduğunu bildirib. Spirt və emal olunmuş ət isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xərçəng riski ilə əlaqələndirilən məhsullar kimi qeyd olunur.
London qeyd edib ki, bu qidaları tamamilə kəsmək şərt deyil, lakin onların gündəlik rasionun əsas hissəsinə çevrilməsi təhlükəlidir. O, sağlam qidalanmada "80/20 prinsipi"ni tövsiyə edərək, vaxtın 80 faizində düzgün qidalanmanın kifayət etdiyini vurğulayıb.