AZ

Arıqlama inyeksiyaları alkoqol asılılığını azalda bilər – Yeni araşdırma

Yeni elmi araşdırmalar arıqlama üçün istifadə olunan semaglutid tərkibli inyeksiyaların (məsələn, Wegovy və Ozempic) alkoqol istehlakını azaltmağa kömək edə biləcəyini göstərir. Danimarkada aparılan tədqiqatda alkoqol asılılığı və piylənməsi olan 108 nəfər iştirak edib və onlara 26 həftə ərzində ya semaglutid, ya da plasebo verilib.

Day.Az xəbər verir ki, nəticələrə görə, semaglutid qəbul edənlərdə həm spirtli içki qəbul günlərinin sayı, həm də ümumi istehlak əhəmiyyətli dərəcədə azalıb.

Alimlər bunun dərmanın yalnız iştaha deyil, həm də asılılıq davranışlarını tənzimləyən beyin mexanizmlərinə təsir edə biləcəyi ilə bağlı olduğunu bildirirlər.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu nəticələr ümidverici olsa da, metodun klinik praktikada geniş tətbiqi üçün daha uzunmüddətli və geniş tədqiqatlara ehtiyac var.

Seçilən
102
day.az

1Mənbələr