AZ

''Roma'' türkiyəli ulduzunu heyətdə saxlamağa çalışacaq

Gələcək taleyi gündəmdə olan Türkiyə yığmasının üzvü Zəki Çəlik ilə bağlı yeni iddia var.

"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi bu futbolçunun ''Roma'' ilə müqaviləsi mövsümün sonunda başa çatır. Ona ''Yuventus'' başda olmaqla digər İtaliya nəhəngləri maraq göstərir. Son günlərə qədər Zəkinin ''Roma''dan ayrılacağı güman edilirdi. Çünki tərəflər maaş məsələsində anlaşa bilmirdilər.

Hazırda illik qazancı 2,5 milyon avroya bərabər olan 29 yaşlı futbolçu bu məbləğin 4 milyon avroya qaldırılmasını istəyir. Amma Zəkinin ''Yuventus''la apardığı danışıqlar uğurlu alınmayıb. Bu xəbəri İtaliya mətbuatı paylaşıb. Ona görə də futbolçunun elə ''Roma''da qalmaq ehtimalı yaranıb.

Baş məşqçi Canpyero Qasperrini də türkiyəlinin komandada saxlanılmasının tərəfdarıdı. İndi qalır yalnız maaş problemini çözmək. İddialara inansaq, ''Roma'' Zəkiyə yeni maaş təklif etməyə və onunla yenidən danışıqlara başlamağa hazırlaşır. Paytaxt təmsilçisi təcrübəli oyunçuya illik 3 milyon avro təklif edəcək.

Qeyd edək ki, daha öncə ''Lill'' ilə Fransa çempionluğunu qazanmış Zəki 2022-dən ''Roma''nın şərəfini qoruyur. Aprelin 10-da ''canavarlar''ın ''Piza''nı 3:0 yendiyi qarşılaşmada Zəki bu klubun heyətində A seriyasındakı 100-cü oyununu keçirmişdi. Zəkinin həmin matçın son anlarında əvəzlənərkən yerli fanatlar tərəfindən fitə basılması diqqət çəkmişdi.

Sonradan İtaliya mətbuatında gedən xəbərlərə görə fanatlar yeni müqaviləyə imza atmaq istəmədiyi və maaşının artırılmasını tələb etdiyi üçün türkiyəliyə etiraz etmişdilər.

Seçilən
30
1
football-plus.az

2Mənbələr