AZ

PSJ-nin baş məşqçisi Çempionlar Liqasında rekord müəyyənləşdirdi

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında 50 qələbə göstəricisinə həmkarları arasında ən tez çatıb.

Moderator.az championat.com-a istinadən xəbər verir ki, Enrike qitənin əsas klub turnirində 50 qələbəyə 77 oyuna nail olub.

Daha əvvəl rekord "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolaya məxsus idi. O, Çempionlar Liqasında 50 qələbəni 79 oyunda əldə etmişdi.

Seçilən
37
moderator.az

1Mənbələr