AZ

İranla müharibə bitdi fikri buna görə ortaya atılıb -

Tramp administrasiyası atəşkəsin qüvvəyə minməsi ilə İranla müharibənin bitdiyini iddia edib.Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” və “Reuters” məlumat yayıb. Bildirilir ki, bu yanaşma hərbi əməliyyatlar üçün Konqresin təsdiqinə ehtiyacı aradan qaldırmağa hesablanıb. Yüksək vəzifəli administrasiya rəsmisi döyüşlərin artıq başa çatdığını bildirib. Onun sözlərinə görə, qüvvəyə minən və sonradan uzadılan atəşkəsdən bəri ABŞ Silahlı Qüvvələri ilə İran arasında heç bir toqquşma qeydə alınmayıb.

Qeyd edək ki, administrasiyanın bu mövqeyinin 1973-cü il Müharibə Səlahiyyətləri Qanununu aşmaq cəhdi kimi qiymətləndirilir. Həmin qanuna əsasən, prezident 60 gündən artıq davam edən hərbi əməliyyatlar üçün Konqresin rəsmi icazəsini almalıdır.

Seçilən
13
metbuat.az

1Mənbələr