AZ

Nyukasl dan gözlənilməz qərar: 55 milyonluq transfer satışa çıxarılır?

ain.az, Fanat portalına istinadən məlumat verir.

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted" heyətdə ciddi dəyişikliklərə hazırlaşır.

Fanat.Az xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi böyük ümidlərlə transfer edilən Yoan Vissanı satmağı düşünür.

"Sağsağanlar" cəmi bir il əvvəl 55 milyon funt-sterlinq ödəyərək heyətinə qatdığı futbolçu ilə yolları ayırma ehtimalını dəyərləndirir. Transferin üzərindən qısa müddət keçməsinə baxmayaraq, bu addımın atılması klubun maliyyə balansı və ya texniki heyətin yeni planları ilə əlaqələndirilir.

Hazırda bir neçə klubun futbolçunun vəziyyəti ilə maraqlandığı və yay transfer pəncərəsində rəsmi addımların atılacağı gözlənilir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
7
fanat.az

9Mənbələr