AZ

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər VİDEO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xankəndi, 1 may, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - İlkin Cavanşirov

Operator - Ceyhun Mustafayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
5
azertag.az

6Mənbələr