AZ

Tramp Avropa Birliyindən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları artırıb

ABŞ-ın Avropa Birliyindən idxal edilən minik və yük maşınlarına tətbiq etdiyi rüsumlar gələn həftə 25%-ə çatacaq.

Day.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial şəbəkəsində yazıb:

"Gələn həftə Avropa Birliyindən gələn minik və yük maşınlarına tarifləri artıracağam. Tariflər 25%-ə qədər artırılacaq".

 

O, bu qərarını AB-nin ABŞ ilə əvvəllər bağlanmış ticarət sazişinin şərtlərinə əməl etməməsi ilə əsaslandırıb.

ABŞ prezidenti qeyd edib ki, ABŞ ərazisində istehsal olunan avtomobillərə rüsum tətbiq edilməyəcək.

Seçilən
20
2
day.az

4Mənbələr