AZ

Kənan Yıldız 10 nömrə nin yaratdığı təzyiqin öhdəsindən gələ bilirmi?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

''Yuventus''un liderlərindən olan Kənan Yıldız İtaliya mətbuatına diqqətçəkən acıqlamalar verib. "Football-plus.az" xəbər verir ki, ''Yuventus'' kimi nəhəng bir klubda ''10 nömrə'' olmağın çətinliklərindən danışan gənc ulduz Türkiyə yığmasında yaşadığı təzyiq haqda da bəhs edib. Bu mövsüm 44 rəsmi oyuna 11 qol vuran Kənan bunları deyib:

''Futbol oynayan hər kəs bilir ki, ən gözəl nömrə məhz ''10'' nömrədi. ''Yuventus''da bu nömrəyə bu qədər gənc yaşda sahib olmaq heyrət doğuran məqamdı. Bu xəbəri ilk dəfə eşidəndə çox sevinmişdim. Təbii ki, ''10 nömrə'' böyük məsuliyyətdi. Amma indiyə qədər bu məsuliyyətin öhdəsindən pis gəlmədiyimi düşünürəm. Dünya çempionatını böyük həyacanla gözləyirəm. Mənim üçün inanılmaz bir turnir olacaq. Çünki bu yaşıma qədər heç vaxt Türkiyənin mundialda oynadığını görməmişəm. Ümid edirəm ki, bizim üçün işlər qaydasına gedəcək. DÇ-2026-nın seçmə mərhələsində yığma komandamızın üzərində böyük təzyiq var idi. Həm də son Avropa Çempionatında yaxşı performans göstərdiyimizdən hər kəs bizim böyük potensiala malik olduğumuzu bilirdi. Əsas hədəfə çatdıq və indi final mərhələsində özümüzü göstərməliyik. İlk öncə qrup mərhələsini səddini dəf etməliyik. Sonra nə olacağını isə heç kim bilmir. Təzyiqə və müzakirə olunmağıma fikir verməməyə çalışıram. İstəyirəm ki, fikrim yalnız oyuna yönəlsin. Amma digər tərəfdən ölkəmi təmsil etmək və gənc türkiyəli oyunçular üçün ideal olmaq üzərimdə istər-istəməz təzyiq yaradır. Bunun məsuliyyətini hiss edirəm''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr