Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.