AZ

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

Çin hökuməti Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirmək məqsədilə yeni qərar qəbul edib.

“BBC” xəbər verir ki, qərara əsasən, bir Afrika ölkəsi istisna olmaqla, qitənin digər bütün dövlətləri üçün idxal rüsumları ləğv olunur. Bu siyasət 2028-ci il aprelin 30-na qədər qüvvədə olacaq.

Rəsmi məlumatlara görə, Çin artıq daha əvvəl 33 ən az inkişaf etmiş Afrika ölkəsinə rüsumsuz ticarət imkanı yaratmışdı. Yeni qərarla bu siyahı genişləndirilərək ümumilikdə 53 ölkəni əhatə edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan” 

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr