AZ

“ABAD məhəllə” layihəsi çərçivəsində abadlıq və yenidənqurma işləri genişlənir

Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazilərdə “Abad məhəllə” layihəsi çərçivəsində yenidənqurma və abadlıq işlərinə start verilib. Layihə  Şəhər İcra Hakimiyyəti və “Bakı Abadlıq Xidməti” MMC-nin birgə təşəbbüsü ilə həyata keçirilib.

Şəhər  icra hakimiyyətinin başçısı Niyazi Bayramov aparılan işlərin gedişi ilə yerində tanış olmaq məqsədilə məhəllələrdə olub. Ona məlumat verilib ki, artıq 8 məhəllədə “Abad məhəllə” layihəsi üzrə son tamamlama işləri aparılır, daha 6 məhəllədə isə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində yaşayış binalarının fasadlarının əsaslı təmiri, bloklarda qapı və pəncərələrin yenilənməsi işləri görülür. Artıq 2 binanın fasadında yenilənmə işlərinin tamamlanmaq üzrə olduğu bildirilib. Eyni zamanda məhəllədaxili infrastruktur da yenilənir, yollar və səkilər tamet daşları ilə örtülür, müasir işıqlandırma sistemləri quraşdırılır. Uşaq meydançalarının salınması, idman qurğularının quraşdırılması və söhbətgahların yaradılması da nəzərdə tutulur. Bundan əlavə, ərazilərdə yaşıllıq sahələrinin genişləndirilməsi və mövcud kiçik parkların təmir olunması planlaşdırılır. Şəhərdə ümumilikdə 10-a yaxın park və yaşıllıq sahəsində d abadlıq işləri aparılacaq.

Sabir ƏLİYEV, 

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr