Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sabahdan Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini metronun "Neftçilər" stansiyası və "8-ci kilometr bazarı" ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək. Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.