AZ

Ukrayna kəşfiyyatı: Rusiyada Su 57 və Su 34 təyyarələri hədəf alınıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri Rusiya ərazisində uğurlu əməliyyat keçirib.

Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumatına görə, 25 aprel 2026-cı ildə Çelyabinsk vilayətində yerləşən Şaqol aerodromuna hücum həyata keçirilib.

Əməliyyat nəticəsində bir neçə "Su-57" qırıcı təyyarəsi və bir "Su-34" qırıcı-bombardmançı təyyarəsi hədəfə alınıb. Hücum Ukrayna ərazisində mülki obyektlərə zərbələrin qarşısının alınması məqsədilə həyata keçirildiyi bildirilir.

Məlumata əsasən, hədəflər Ukrayna sərhədindən təxminən 1700 kilometr məsafədə yerləşib ki, bu da Ukrayna bölmələrinin fəaliyyət coğrafiyasının genişləndiyini göstərir.

Hazırda Rusiya təyyarələrinə dəyən ziyanın miqyası mütəxəssislər tərəfindən dəqiqləşdirilir. Qeyd olunur ki, bu əməliyyat Rusiyadan gələn hava təhlükələrinin neytrallaşdırılması üzrə sistemli tədbirlərin bir hissəsidir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
bizimyol.info

1Mənbələr