AZ

İlqar Əliyev həbsdə vəfat etdi Yenilənib

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi. O, 2023-cü ilin dekabr ayından həbsdə saxlanılırdı.

Xatırladaq ki, İ.Əliyev əvvəllər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.

Xəbəri rus dilində oxuyun: В заключении скончался IT-эксперт Ильгар Алиев

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.

***

Ədliyyə Nazirliyi məlumatı təsdiq edib.

Nazirlikdən bildirilib ki, ilkin məlumata əsasən, məhkum İlqar Əliyevin ölümünə səbəb kəskin ürək-damar çatışmazlığı kimi qiymətləndirilir. Son diaqnoz məhkəmə tibbi ekspertizanın rəyinə əsasən təyin  olunacaq.

Aslan Vəliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
14
qafqazinfo.az

10Mənbələr