AZ

Sarr Şaxtyor u 21 ci saniyədə məyus etdi Qarabağ ı Avroliqanın rekordu ilə nə bağlayır?

ain.az, Footbal-plus saytına istinadən bildirir.

Dünən - aprelin 30-da Polşanın Krakov şəhərində "Şaxtyor" ilə "Kristal Pelas" arasında Konfrans Liqasının ilk yarımfinal oyunu keçirildi. "Football-plus.az" artıq Arda Turanın rəhbərlik etdiyi Ukrayna klubunun meydandan 1:3 hesablı məğlubiyyətlə ayrıldığını xəbər verib.Maraqlıdı ki, "Pelas"ın seneqallı hücumçusu İsmaila Sarr artıq 21-ci saniyədə donetsklilərin qapısına yol tapıb. Bu, turnirin tarixindəki ən erkən qoldu. Sarr 2022-ci ildə "Vitess"i 32-ci saniyədə məyus edən "Rapid"in oyunçusu Ferdi Dryufun rekordunu yenilədi. Başqa avrokubok turnirlərində ən erkən qollar bundan da tez vurulub. Çempionlar Liqasında rekord Roy Makaya məxsusdu. "Bavariya"nın niderlandlı hücumçusu 2007-ci ildə "Real"ın qapısına 10,12-ci saniyədə yol tapmışdı. Avropa Liqasının rekordçusu isə Yan Sikoradı. "Slovan"ın oyunçusu Yan Sikora 2016-cı il sentyabrın 15-də Bakıda keçirilən oyunda "Qarabağ"ın qapısından 10,69-cu saniyədə qol keçirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
icma.az

3Mənbələr