AZ

Qəzzaya gedən yardım donanmasına müdaxilə: 160 dan çox fəal Kritə aparıldı

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qəzzaya doğru hərəkət edən yardım donanması ilə bağlı yeni detallar açıqlanıb.

Redaktor.az xəbər verir ki, Azadlıq Donanmasının təşkilatçıları İsrail qüvvələrinin bu həftənin əvvəlində Yunanıstan yaxınlığındakı beynəlxalq sularda gəmiləri ələ keçirdiyini bildirib.

Məlumata görə, 160-dan çox fəal saxlanıldıqdan sonra Yunanıstanın Krit adasına aparılıb. Təşkilatçılar bildiriblər ki, donanmanın 168 üzvü Kritə köçürülüb, iki nəfər isə İsrail hakimiyyətinin nəzarətində qalıb.

Qeyd olunur ki, İsrail hərbi qüvvələri Aralıq dənizində humanitar donanmanı dronlar, rabitəyə müdaxilə edən texnologiyalar və silahlı qruplar vasitəsilə dayandırıb. İsrailin xarici işlər naziri Gideon Saar saxlanılan fəalların Yunanıstana aparılacağını açıqlayıb.

Təşkilatçıların məlumatına görə, hazırda 47 gəmi hələ də dənizdədir və Krit adasının cənubunda lövbər salaraq Qəzzaya doğru hərəkəti davam etdirməyi planlaşdırır. Bildirilir ki, hər bir gəmi təxminən bir ton ərzaq, tibbi ləvazimat və digər humanitar yardım yükləri daşıyır.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
1
redaktor.az

2Mənbələr