AZ

Həlledici məqam gəldi— İran və ABŞ arasında müharibəni dayandıracaq razılaşmada şok gəlişmə

İran tərəfi müharibəni dayandırmaq məqsədilə hazırlanan saziş layihəsinə ABŞ-ın təklif etdiyi düzəlişlərlə bağlı rəsmi cavabını Vaşinqtona göndərib.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşrinin tanınmış jurnalisti Barak Ravid regiondakı etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran öz cavabını Pakistanın vasitəçiliyi ilə ABŞ tərəfinə çatdırıb. Bu diplomatik gediş ABŞ Prezidenti Donald Trampın müharibə səlahiyyətləri ilə bağlı qanuni müddətin başa çatdığı həlledici bir vaxta təsadüf edir.

Sənədin məzmunu barədə hələlik rəsmi məlumat verilməsə də, bunun regionda atəşkəsin əldə olunması üçün "son şans" ola biləcəyi vurğulanır. Pakistanın vasitəçilik səyləri nəticəsində əldə olunan bu irəliləyiş hər iki tərəfin gərginliyi azaltmaq istəyindən xəbər verir. Vaşinqtondakı diplomatik mənbələr bildirirlər ki, Ağ Ev hazırda Tehranın cavabını diqqətlə təhlil edir.

Əgər bu cavab Tramp administrasiyasının şərtlərinə uyğun gələrsə, yaxın günlərdə hərbi əməliyyatların tam dayandırılmasına dair tarixi sazişin imzalanması gözlənilir. Ekspertlər qeyd edirlər ki, İranın bu addımı onun iqtisadi və hərbi təzyiqlər qarşısında diplomatik həll yoluna üstünlük verdiyini göstərir. Hazırda bütün dünyanın diqqəti Vaşinqtonun bu sənədə verəcəyi son reaksiyaya yönəlib. Sülhün bərpası və ya müharibənin yeni mərhələyə keçməsi birbaşa bu cavabdan asılı olacaq.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr