“Süni intellekt hissiz texnologiyadır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin müdir müavini İlkin Əzizov deyib.
O vurğuladı ki, süni intellektin ilk nəslini yaşayırıq:
“Texnologiyalar özü özünü öyrənir. İkinci nəsil isə hissli olacaq. İndi özümüzü qoruyuruqsa, ikinci nəsildə rəqəmsal əkizi olan insanların davranışından özümüzü qoruyacağıq. Məlumatları yalnız səlahiyyətli şəxs lazım olduğu qədər bilməlidir. Redaksiya rəhbərlərinin rolu o olmalıdır ki, məlumatlar daim yoxlansın. Redaksiyalar kibertəhlükəsizlik alətlərinə investisiya etməlidirlər”.
Aytəkin TOFİQQIZI